“Barselona”nın futbolçusu Yaponiyaya gedir?
04.11.2014 - 20:43
“Barselona”nın futbolçusu Yaponiyaya gedir?

“Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes karyerasını Yaponiya çempionatında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 34 yaşlı futbolçu ilə “Tokio” klubu yaxından maraqlanır.

 

Asiya təmsilçisi Xavini qış “transfer pəncərəsi”ndə heyətinə qatmağı düşünür. Əgər 2010-cü ilin düyna çempionu “Tokio” komandasına keçərsə, yaponlar ona 1 ildə 7 milyon avro verəcək.

 

Qeyd edək ki, Xavi cari mövsümdə “Barselona”da 9 matçda forma geyinib və rəqib qapılarından 1 top keçirməyi bacarıb.