“Barselona”nın qapıçısı ölkəsində rekorda imza atdı
07.09.2014 - 19:22
“Barselona”nın qapıçısı ölkəsində rekorda imza atdı

“Barselona”nın qapıçısı Klaudio Bravo Çili yığma komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Meksikaya qarşı keçirilən yoxlama oyununda Bravo 85-ci dəfə Cənubi Amerika təmsilçisinin heyətində meydana çıxıb.

 

Qolsuz heç-heçə (0:0) ilə başa çatan görüşdə 31 yaşlı əlcək sahibi Çili yığmasının tarixi ərzində ən çox oyun keçirən futbolçu ünvanına sahib çıxıb.

 

Qeyd edək ki, buna qədər rekord Lionel Sançesə məxsus idi. 1955-1968-ci illərdə çıxış edən hücumameyilli yarımmüdafiəçi 84 oyunda forma geyinib.