“Barselona”nın ulduzu “Real”ı arzulayır
13.05.2015 - 11:23
“Barselona”nın ulduzu “Real”ı arzulayır

“Barselona”nın mərkəz müdafiəçisi Xerard Pike komandasının Çempionlar Liqasındakı final şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu həlledici qarşılaşmada “El Klasiko”nun baş tutmasını arzulayır.

 

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Real” bu gün “Yuventus”u qəbul edəcək. Pike bu oyunda əzəli rəqiblərinə azarkeşlik edəcəyini deyib: “Real”la finalda qarşılaşmaq əla olardı. Bu oyun futbol tarixinə düşər. Dünyanın ən möhtəşəm klubunun formasını geyindiyim üçün çox xoşbəxtəm. “Barselona”da futboldan həzz almağa çalışıram. Təbii ki, bunu kuboklarla zənginləşdirmək daha gözəl olar”.

 

Qeyd edək ki, “Barselona” yarımfinalda “Bavariya”nı (3:0, 2:3) üstələyərək finala vəsiqə qazanıb. “Real”la “Yuventus” arasında keçirilən ilk oyunda isə italyanlar 2:1 hesablı qələbə qazanıblar.