“Barselona”nın üzvü “Fiorentina”ya keçdi
23.01.2016 - 10:30
“Barselona”nın üzvü “Fiorentina”ya keçdi

“Barselona”nın futbolçusu Kristian Telyo karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu son 2 mövsümü icarə əsasında “Porto”da keçirmiş yarımmüdafiəçini bu dəfə A seriyası təmsilçisinə göndərib.

 

Belə ki, 24 yaşlı futbolçu icarə əsasında “Fiorentina”nın formasını geyinəcək. Razılaşmaya əsasən, Telyo cari mövsümün sonuna qədər Florensiya təmsilçisində çıxış edəcək.

 

Qeyd edək ki, Telyo 2014-2016-cı illərdə “Porto”nun heyətində 59 oyunda 10 qola imza atıb.