Son vaxtlar əsasən İspaniya La Liqasında qeyri-stabil çıxışlarla diqqəti çəkən “Barselona”da mövsümün sonunda məşqçi dəyişikliyinin reallaşacağı istisna edilmir.
Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl istefa barədə verdiyi açıqlama ilə gündəmə gələn Xerardo Martinonun yayda postundan gedəcəyi ehtimalı artıq reallaşmaqdadı.
Təsadüfi deyil ki, İspaniya mətbuatı Kataloniya klubu rəhbərliyinin artıq məşqçi axtarışlarına start verdiyini açıqlayıb. Hətta namizədlərin konkret siyahısı da var: Andre Villaş-Boaş, Ernesto Valverde, Luis Enrike, Yürgen Klopp və Dieqo Simeone.
“Sport Espana” iddia edir ki, barselonalılar üstünlüyü hazırda işsiz olan portuqaliyalı Villaş-Boaşa veriblər.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”