“Finala adladığımız üçün şadam. Madridə təkcə müdafiə olunmağa gəlməmişdik. Bilirdik ki, işimizin çətin olacaq. Buna görə də, hər şeyə hazırlıqlı idik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Yuventus”un qapıçısı Canluici Buffon deyib.
Çempionlar Liqasının yarımfinalında Madrid “Real”ından güclü olan “Yuventus” adını finala yazdırıb. Həlledici qarşılaşmada “Barselona” ilə üz-üzə gələcək turinlilərin təcrübəli qolkiperi həmin görüş barədə də fikirlərini bölüşüb: “Finala vəsiqə qazanmağa layiq idik. Amma bizi daha bir çətin və vacib oyun gözləyir. “Barselona”ya qalib gəlmək şansımız azdı. Lakin bu görüşü səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, Buffon karyerası ərzində heç vaxt Çempionlar Liqasının qalibi ola bilməyib.