“Bavariya” “Real”ın futbolçusunu istəyir
29.10.2015 - 22:53
“Bavariya” “Real”ın sağ cinah müdafiəçisi Daniel Karvaxalla maraqlanır. Apasport.az saytının “AS” nəşrinə istinadən məlumatına görə, münhenlilər 23 yaşlı futbolçu üçün “kral klubu”na 20 milyon avro ödəməyə hazırdı.
Qeyd edək ki, daha əvvəl Bundesliqada oyun təcrübəsinə malik Karvaxal Leverkuzenin “Bayer” klubunun şərəfini qoruyub.
0
0