Almaniyanın “Bavariya” futbol klubu ölkə çempionluğunu qazanıb. Apasport.az saytının məlumatına görə, münhenlilər həm də yeni rekorda imza atıblar.
Bundesliqanın 27-ci turunda səfərdə “Herta”ya qalib gələn “Bavariya” çempionluğu təmin edib. Buna “Borussiya”nın ev oyununda “Şalke” ilə heç-heçə etməsi də kömək edib. Çempionatın bitməsinə 7 həftə qalmış 77 xal toplayan münhenlilər ikinci yerdə gedən “Borussiya” ilə fərqi də 25 xala çatdırıblar. Artıq “Borussiya”nın “Bavariya”ya çatması qeyri-mümkündür.
Qeyd edək ki, “Bavariya” Almaniya çempionatı tarixində ən erkən çempionluq rekordunu da yeniləyib.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu