Münhenin “Bavariya” futbol klubunun brendi ən bahalı futbol brendlərinin qiymətləndirilməsində birinci yeri tutub. Apasport.az saytının məlumatına görə, qiymətləndirməni “Brand Finance” marketinq agentliyi keçirib.
Münhen klubunun brendi artıq ikinci ildir reytinqdə birincidir. Amma ötən illə müqayisədə brendin qiyməti 36 milyon bahalaşaraq 896 milyon dollara çatıb.
İkinci yerdə “Real Madrid” (768 milyon dollar), üçüncü yerdə isə “Mançester Yunayted” (739 milyon) dollar gəlir. Maraqlıdır ki, “MY”nun brendinin qiyməti ötən illə müqayisədə 99 milyon dollar ucuzlaşıb.
Dünyanın ən bahalı futbol brendləri:
1. “Bavariya” (Almaniya) – 896 milyon dollar (İr il əvvəl 860 milyon dollar)
2. “Real” (İspaniya) – 768 (621)
3. “Mançester Yunayted” (İngiltərə) – 739 (837)
4. “Barselona” (İspaniya) – 622 (572)
5. “Mançester Siti” (İngiltərə) – 510 (332)
6. “Arsenal” (İngiltərə) – 505 (410)
7. “Çelsi” (İngiltərə) – 502 (418)
8. “Liverpul” (İngiltərə) – 469 (361)
9. “Borussiya D” (Almaniya) – 327 (260)
10. PSJ (Fransa) – 324 (85)