“Bavariya”nın gənc futbolçusu Mario Getze klubunu dəyişə bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, bunu 23 yaşlı futbolçunun meneceri yerli mətbuata açıqlamasında deyib.
Getzenin “Bavariya”da heç cür özünə yer edə bilmədiyini bildirən agent onun başqa kluba keçə biləcəyinə işarə vurub: “Mario çox yaxşı başa düşür ki, son iki ildə “Bavariya”da heç də ideal çıxış etmir. Ancaq indiyə qədər hansısa klubdan onun transferi üçün təklif də almamışıq. Bununla belə, “Bavariya” rəhbərliyi də sərfəli təklif müqabilində onu sata biləcəyini istisna etməyib”.
Qeyd edək ki, Mario Getze “Bavariya”ya 2013-cü ildə Dortmund “Borussiya”sından keçib.