Vergidən yayndığına görə 3,5 il həbs cəzası alan “Bavariya” futbol klubunun prezidenti Uli Heness cəzasını Landsberq-na-Lexe şəhərindəki həbsxanada çəkəcək. Apasport.az saytının məlumatına görə, bu həbsxana vaxtilə orada Adolf Hitlerin həbsdə olması ilə məşhurdur.
Hələlik Henessin hansı həbsxanaya göndəriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur. Amma vəkillər və vergi üzrə ekspertlər bildirilər ki, adətən bu cür cinayətə görə məhkum edilənləri Landsberq həbsxanasına göndərirlər.
“Bavariya Alkatrası” adlandırılan bu həbsxana 100 il əvvəl istifadəyə verilib. Hazırda bu həbsxanada ilk müttəhimliyi olan kişilər cəza çəkir. Həbsxana 565 müttəhim üçün nəzərdə tutulub.
Landsberq-na-Lexe həbsxanası bütün dünyada orada Hitlerin cəza çəkməsi ilə məşhurdur. Hitler 1923-cü ildə Almaniyada uğursuz dövlət çevrilişi cəhdindən sonra bu həbsxanaya salınıb. Faşizmin banisi barəsində 5 il həbs cəzası kəsilsə də, o, azadlığa cəmi 9 ayı sonra çıxıb.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu