“Bavariya”da Müller şoku
24.02.2014 - 22:58
Münhen “Bavariya”sının təcrübəli hücumçusu Tomas Müller zədələnib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
24 yaşlı futbolçu Almaniya Bundesliqasının XXIII turunda “Hannover”lə matçda zədələnib. Təxminən 7-10 gün yaşıl meydanlardan uzaq qalacaq Müller növbəti turda “Şalke” ilə oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Almaniya millisinin də üzvü olan forvard “Bavariya” futbol məktəbinin yetirməsidir. O, 2008-ci ildən əsas komanda ilə meydana çıxır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0