Fransanın "L’Equipe" qəzeti 2014-ci ilin rəmzi komandasını seçib. Apasport.az saytının məlumatına görə, azarkeşlərin səsverməsi nəticəsində, ən çox “Bavariya”nın futbolçuları yer alıb.
Belə ki, Almaniya klubunun 4 oyunçusunun və Madrid “Real”ından 3 futbolçunun adı ilk “11-lik”də göstərilib. “Barselona”dan isə rəmzi komandaya yalnız Lionel Messi ilə Neymar daxil edilib.
Rəmzi komandada yer alan futbolçular:
Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya)
Müdafiəçilər: Serxio Ramos ("Real", İspaniya), Filipp Lam, David Alaba (hər ikisi "Bavariya", Almaniya), Mats Hummels ("Borussiya" Dortmund, Almaniya)
Yarımmüdafiəçilər: Toni Kroos ("Real", İspaniya), Xabi Alonso ("Bavariya", Almaniya), Anhel di Mariya ("Mançester Yunayted", İngiltərə)
Hücumçular: Kriştiano Ronaldo ("Real", İspaniya), Lionel Messi, Neymar (hər ikisi "Barselona", İspaniya)
Qeyd edək ki, "L’Equipe" qəzeti daha əvvəl Manuel Noyeri 2014-cü ili ən yaxşı oyunçusu seçmişdi.