“Bavariya”dan mütləq rekord
24.10.2015 - 21:03
“Bavariya”dan mütləq rekord

“Bavariya” Almaniya Bundesliqasının 10-cu turunda “Köln”ə qalib gələrək rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, münhenlilər bu nəticə ilə Bundesliqada 1000-ci qələbəsini qazanaraq ilkə imza atıb.

 

Qeyd edək ki, Xosep Qvardiolann yetirmələri birincilik başlayandan ardıcıl 10 oyunda qələbə qazanıb. Daha əvvəl böyük beşlik ölkələrindən sadəcə “Tottenhem”, “Mançester Yunayted” və “Roma” bu nəticəni əldə edə bilib.

0