“Bavariya”dan növbəti transfer
07.05.2016 - 13:48
“Bavariya”dan növbəti transfer

Mövsüm başa çatmamış transfer fəaliyyətinə başlayan “Bavariya” daha bir futbolçu ilə anlaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Münhen təmsilçisi “Roma”nın yarımmüdafiəçisi Miralem Pyaniçi heyətinə qatmağa hazırlaşır.

 

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Mats Hummelslə anlaşan “pivəçilər”in Bosniya və Herseqovina yığmasının üzvü ilə görüşü də müsbət nəticələnib. Almanlar artıq həm futbolçunun özünü, həm də klubu “Roma”nı keçidə razı sala biliblər. Bu transfer “canavarlar”a 38 milyon avro qazanc gətirəcək.

 

Bununla kifayətlənmək istəməyən Bundesliqa çempionu “Real”ın müdafiəçisi Rafael Varanı da heyətinə qatmaqda israrlıdı. Madrid klubunda əsas heyətə düşməkdə çətinlik çəkən Fransa millisinin üzvü özü də “Bavariya”ya keçməyin əleyhinə deyil.