“Bavariya”nın kapitanı 16 həftə sonra
11.03.2015 - 20:14
“Bavariya”nın kapitanı 16 həftə sonra

“Bavariya”nın kapitanı Filipp Lam Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Şaxtyor”la cavab görüşündə komandasına kömək edəcək. Apasport.az saytının məlumatına görə, bu haqda Münhen klubunun “tvitter” səhvəsində xəbər yayılıb.

 

Belə ki, almaniyalı futbolçu 16 həftə ərzində ilk dəfə forma şansı qazanıb. Lakin baş məşqçi Xosep Qvariola onu “18-liy”ə daxil etsə də, meydana muraxması sual altındadı.

 

Qeyd edək ki, “Bavariya” “Şaxtyor”la bu gün Bakı vaxtı ilə saat 23:45-də qarşılaşacaq. Lvovda keçirilən ilk matçda qalib müəyyənləşməyib – 0:0.