“Bavariya”nın kapitanı mükafatlandırıldı
16.10.2014 - 23:20
Bavariya hökuməti “Bavariya” klubun kapitanı Filipp Lama sosial sferada xidmətlərə görə regionun medalı ilə mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 30 yaşlı futbolçunun 2011-ci ilində fond təşkil edib, Almaniya və Afrikada ehtiyac duyan uşaqlara və cavan insanlara köməklik göstərməsi olub.
Xatırladaq ki, sözügedən mükafat 1970-ci ildə təsis edilib və hər il Bavariyanın həyatının sosial sferasına böyük töhfələri olan 20 kişi və qadına verilir.
0
0