[b]“Bavariya”nın müdafiəçisi rekord qırdı[/b]
09.11.2014 - 00:02
“Bavariya”nın müdafiəçisi Jerom Boatenq Almaniya Bundesliqasında yeni bir rekorq qırıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu ölkə çempionatında Münhen klubunun heyətində ardıcıl 50 oyundur meydanı məğlub tərk etməyib.
Qana əsilli almaniyalı arxa xətt oyunçusu Bundesliqanın XI turunda “Bavariya”nın səfərdə “Ayntraxt”a 0:4 hesabı ilə qalib gəldiyi matçda bu şərəfə nail olub.
Qeyd edək ki, “Bavariya”nın digər yarımmüdafiəçisi Aryen Robben Boatenqdən 1 oyun az keçirib. Hollandiyalı futbolçu meydanı ardıcıl 49-cu dəfə məğlub olmadan tərk edib.
0
0