“Bavariya”ya zədəli futbolçusundan şad xəbər
08.05.2015 - 08:40
“Bavariya” zədəli futbolçularının birindən şad xəbər alıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi David Alabanın zədəsi sağalıb.
Dizindəki zədəyə görə, 5 həftədi komandasına kömək edə bilməyən və Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində “Barselona” ilə (0:3) ilk oyunu buraxan avstriyalı futbolçu artıq məşqlərə başlayıb. Dünəndən kollektivə qoşulan 23 yaşlı oyunçu ÇL-in cavab qarşılaşmasına hazır olacaq.
Qeyd edək ki, Alabadan başqa, “Bavariya”nın daha iki aparıcı oyunçusu Aryen Robben və Frank Riberi hazırda zədədən əziyyət çəkir.
0
0