“Bəli, “Qalatasaray”dan təklif almışıq, ancaq...”
19.06.2015 - 23:36
“Bəli, “Qalatasaray”dan təklif almışıq, ancaq...”

Transferdə həssas davranan “Qalatasaray”ın hədəflərindən birinin də Fransada olduğu məlum olub. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, “Monpelye” prezidenti Luis Nikkolin verdiyi açıqlamada gənc oyunçu Morqan Sanson üçün bir çox klublardan təkliflər aldıqlarını deyib:

 

 

“Sanson üçün bir neçə klubdan təklif aldıq. Bəli, “Qalatasaray” da onlardan biridi. Ancaq daha əvvəl də dediyimiz kimi, futbolçumuzu bu yay satmaq istəmirik”.

 

 

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi bu mövsüm “Monpelye” ilə çıxdığı 32 oyunda 6 qol vurub, 4 dəfə də məhsuldar ötürmə ilə yadda qalıb.