“Beşiktaş” dağılır
23.04.2015 - 17:50
“Beşiktaş”  dağılır

“Beşiktaş”ın basketbol komandasında ciddi maliyyə böhranı yaşanır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-qaralar” dağılmaq təhlükəsi ilə üzləşib.

 

Məlum olub ki, klub yerli basketbolçuların son 4, əcnəbilərin isə 2 aylıq maaşını ödəməyib. Edilən şikayətdən sonra rəhbərlik bir həftə ərzində maaşların tam ödəniləcəyinə söz verib.

 

Əgər bir həftəyə maaşlar ödənilməsə, bütün basketbolçular azad agent statusuna yiyələnəcəklər və komanda dağılacaq.