“Beşiktaş” Bakıda futbol məktəbi açır
26.02.2014 - 13:31
“Beşiktaş” Bakıda futbol məktəbi açır

Daha bir Türkiyə təmsilçisi – “Beşiktaş” klubunun Bakıda futbol məktəbi açılacaq. Bu barədə apasport.az saytına məlumatı vaxtilə “Gilan”, “Bakılı” və “Neftçala”da oynamış türkiyəli futbolçu Abdul Kadir Öz verib.

O bildirib ki, bu gün “Beşiktaş”ın aşağı yaş qrupları üzrə direktoru Ufuk Pak Bakıya gəlib. Pakın səfərinin məqsədi futbol məktəbinin açılacağı ərazini müəyyənləşdirmək və buradakı şəraitlə tanış olmaqdır.

5-16 yaş qrupları üçün nəzərdə tutulan məktəb yaxın zamanda fəaliyyətə başlayacaq.

Qeyd edək ki, buna qədər Bakıda “Qalatasaray”, “Fənərbaxça” və “Antalyaspor” klublarının futbol məktəbləri açılmışdı.