“Beşiktaş”da bir gündə ikisi sıradan çıxdı
01.03.2014 - 03:52
“Beşiktaş”da bir gündə ikisi sıradan çıxdı

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın bir gündə 2 futbolçusu sıradan çıxıb. Bunlar Dani Nounkeu və Huqo Almeydadır.

 

Klub saytından verilən məlumata görə, ötən gün məşq zamanı zədələnən Daninin əzələsində yırtıq aşkarlanıb və 2 həftə komandaya kömək edə bilməyəcək. Almeyda isə axşam “Antalyaspor” matçında xəsarət alıb. Sol ayağından zədələnən portuqaliyalı hücumçunun növbəti oyunda meydana çıxacağı sual altındadır.