“Beşiktaş”dan ayrıldı, karyerasını bitirdi
21.06.2015 - 18:06
“Beşiktaş”dan ayrıldı, karyerasını bitirdi

“Beşiktaş”ın və Türkiyə milli komandasının keçmiş futbolçusu İbrahim Toraman karyerasını bitirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü “tvitter” hesabından açıqlama verib.

 

Ötən mövsümü icarə əsasında “Sivasspor”da keçirmiş Toraman klubun hazırlıq düşərgəsinə daxil edilmədiyi üçün bu qərarı verdiyini bildirib.

 

Klubun hazırkı rəhbərliyindən narazı olduğunu sərt sözlərlə qeyd edən 33 yaşlı futbolçu əgər “Beşiktaş”da oynamayacaqsa, ümumiyyətlə, futbol oynamağın bir mənası olmadığını deyib.

 

Xatırladaq ki, 2004-cü ildən “Beşiktaş”da forma geyinən müdafiəçi 10 il oynadığı klubunun kapitanlığını etmiş, ağ-qara forma ilə meydana çıxdığı 244 oyunda 19 dəfə fərqlənib, milli komandaya qədər yüksəlmişdi.

 

Ötən ili isə o, icarə əsasında “Sivasspor”da keçirib.