“Beşiktaş”ın hədəfindəki futbolçudan vida mesajı
25.02.2014 - 07:33
“Beşiktaş”ın hədəfindəki futbolçudan vida mesajı

Qış transfer pəncərəsində “Beşiktaş”ın transfer etmək istədiyi “Mançester Siti”nin futbolçusu Coleon Leskott klubdakı gələcəyi ilə bağlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli KİV-ə danışan 31 yaşlı müdafiəçi mövsüm sonu “şəhərlilər”dən ayrılacağını deyib:

 

“Mövsüm sonu “Mançester Siti” ilə müqaviləm başa çatır. Burada bir-neçə günüm qalıb, amma pis əhval-ruhiyyədə deyiləm. Əslində müəyyən bir vaxtdır ki ayrılacağımı bilirdim. Bu səbəbdən də hər hansı bir incikliyim yoxdur. Klubum mənə yeni müqavilə təklif etməyəcək. Bu səbəbdən də göstərəcəyim çıxış çox önəmlidir. Ümid edirəm ki, kimlərsə məni izləyir və heyətə qatmaq istəyir”.

 

Qeyd edək ki, ingilis futbolçu 2009-cu ildə  ölkəsinin digər klubu “Everton”dan “Mançester Siti”yə keçib. Leskottu yanvarda transfer edə bilməyən “Beşiktaş” isə, mövsüm sonu onu azad agent olaraq heyətinə qatmaq istəyir.