İspaniyanın “Betis” klubu kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində Rusiyada “Rubin”nin qonağı olan andalusiyalılar vətənə dönməkdə problem yaşayıblar.
Belə ki, dünən Azərbaycan millisinin üzvü Ruslan Abışovun da şərəfini qoruduğu “Rubin”lə qarşılaşan “Betis” klubu İspaniyaya dönərkən, hava limanında məlum olub ki, komanda üzvlərinin pasportlarının və digər sənədlərin yer aldığı çanta itib. Uzun axtarışdan sonra sənədlər klubun icarəyə götürdüyü avtobusun yük yerindən tapılıb. Hazırda komanda üzvləri geri dönmək üçün növbəti təyyarəni gözləyirlər.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin səfərdə keçirilən ilk oyununda “Betis”lə bərabərə qalan (1:1) “Rubin” evdə uduzaraq (0:2), mübarizəni dayandırıb. Abışov dünənki matçda 75-ci dəqiqədə əvəzetmədən meydana daxil olub.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”