“AZAL bu gün bizdən istəkli idi. Rəqib bizi üstələdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Topaz Premyer Liqasının XXVI turunun AZAL-la səfər oyunu haqda fikirlərini açıqlayan çalışdırıcı bəzi futbolçulardan narazılığını qeyd edib: “Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə ardıcıl iki oyunda zəif təsir bağışlayırıq. Bütün bunlardan nəticə çıxarmalıyıq. Bəzi gənc oyunçular artıq hesab edirlər ki, əsas heyət üzvləridi. Amma vəziyyət belə deyil”.
Qeyd edək ki, AZAL – “Xəzər Lənkəran” oyununda meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib.
Mənbə: pfl.az