“Bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil”
13.03.2015 - 17:38
“Bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil”

“Çox qol izlədik. “Bakı” sona qədər mübarizə aparacağını demişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

43 yaşlı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin bu gün “Bakı”ya qarşı keçirilən cavab oyunu haqda fikirlərini açıqlayıb: “Biz ilk hissədə bunu hiss etdik. Qapımızda gözlənilməz qol gördük. “Bakı” istəkli komandadır. Sadəcə, düşünürəm ki, bəzi oyunçuların ustalıq səviyyəsi yetərincə deyil. Mərhələnin hər iki oyununda qalib gəldik. İndi kuboku unudub, “Sumqayıt”la çempionat oyununa ciddi hazırlaşmalıyıq. Öz növbəmdə “Bakı”nın gənc heyətinə uğurlar arzu edirəm”. 

 

Qeyd edək ki, ilk matçda 3:0 hesabı ilə qalib gələn “Qarabağ” cavab oyununda da böyükhesablı qələbə qazanıb – 4:1.
 

Mənbə: pfl.az