“Bizim Poqbanı satmaq məcburiyyətimiz yoxdu”
20.06.2015 - 00:38
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri fransalı futbolçu Pol Poqbanın gələcəyi ilə bağlı açıqlama verib. Apasport.az saytının “footbal-italia”ya istinadən verdiyi məlumata görə, o, gənc futbolçunun komandada qalmaq ehtimalının olduğunu bildirib:
“Bizim Poqbanı satmaq kimi bir məcburiyyətimiz yoxdu. Hər şey oyunçunun istəyindən asılı olacaq. Mən Pol ilə danışdım. “Yuventus”da qalmaqdan məmnun olacağını bildirdi. Hələ gəncdi və əsas karyerası qabaqdadı. Düşünüb, ən doğru qərarı verəcək”.
0
0