“Boluspor” qalib gəldi, Vaqif Cavadov izlədi
09.03.2015 - 00:03
Türkiyə PTT I Liqasında XXII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Vaqif Cavadovun formasını geyindiyi "Boluspor" səfərdə "Altınordu" ilə qarşılaşıb.
Görüşdə təmsilçimizin komandası 1:2 hesabı ilə qalib gəlib. "Boluspor"un 3 xal qazandığı matçda Cavadov oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Boluspor" hazırda 31 xalla 9-cu pillədə yer alır.
0
0