Sabah Topaz Premyer Liqasında V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk oyun Naxçıvanda baş tutacaq.
Liderliyi ötən tur əldən verən “İnter” ardıcıl 3 məğlubiyyət alan “Araz-Naxçıvan”ın qonağı olacaq. Ardıcıl 2-ci səfər matçına çıxacaq bakılılar ən azı 1 günlük zirvəni qaytarmağa çalışacaq.
Turun mərkəzi oyunu isə Bakıda baş tutacaq. İkinci oyun günü “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”la əlamətdar olacaq. Bu qarşılaşma turun digər görüşlərini kölgədə qoya bilər. İlk qələbəsini ötən tur qazanan cənublular uzun müddətdi səfərdə məğlub edə bilmədiyi rəqibindən də 3 xal almaq iddiasındadır. Bu matç “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin üçün ilk “Böyük oyun” olacaq. Ardıcıl 3-cü qələbə iddiasında olan “Neftçi”də isə Arif Əsədovun qayıdışdan sonra ilk matçı olacaq. O, 3 ildən sonra “Böyük oyun” həyəcanı yaşayacaq.
İki əyalət təmsilçisi “Simurq”la “Qəbələ”nin duelində də 3-cü qələbə gerçəkləşə bilər. Hərəyə iki dəfə qalib gələn komandaların bu dəfəki dueli Zaqatalada keçiriləcək. İlk iki ev oyununda qalib gələn meydan sahibləri doğma meydandakı seriyasını davam etdirməyə çalışacaq.
Turun ikinci günü “AZAL Arena”da tamamlanacaq. Burada turnir cədvəlinin ikinci yarısında qərarlaşan komandalar münasibətlərini ayırd edəcək. İlk qələbəsinin həsrətində olan son çempion “Qarabağ” AZAL-ln qonağı olacaq.
V tura paytaxtda yekun vurulacaq. Bu oyunda turnir cədvəlinin əks qütblərində qərarlaşan “Bakı” ilə “Sumqayıt” üz-üzə gələcək. Təsadüfi liderliyə yüksələn sonuncular hesabında cəmi 1 xal olan paytaxtın eyniadlı təmsilçisini sınağa çəkəcək.
Topaz Premyer Liqası
V tur
12 sentyabr (cümə)
17:30. “Araz Naxçıvan” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Naxçıvan MR stadionu
13 sentyabr (şənbə)
17:30. “Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
19:00. “Simurq” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Sərxan İsmayılov Zaqatala şəhər stadionu
21:00. AZAL – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov
“AZAL Arena”,
14 sentyabr (bazar)
17:30. “Bakı” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Nahid Əliyev, Vüsal Qənbərov, Xəlil Hüseynli
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Sumqayıt |
4 |
3 |
0 |
1 |
6-5 |
9 |
|
2 |
İnter |
4 |
2 |
1 |
1 |
9-2 |
7 |
|
3 |
Neftçi |
3 |
2 |
0 |
1 |
3-4 |
6 |
|
4 |
Simurq |
3 |
2 |
0 |
1 |
5-2 |
6 |
|
5 |
Qəbələ |
4 |
2 |
0 |
2 |
4-6 |
6 |
|
6 |
AZAL |
3 |
1 |
1 |
1 |
3-4 |
4 |
|
7 |
Xəzər L |
4 |
1 |
1 |
2 |
2-4 |
4 |
|
8 |
Araz N |
3 |
1 |
0 |
2 |
3-2 |
3 |
|
9 |
Qarabağ |
3 |
0 |
2 |
1 |
2-5 |
2 |
|
10 |
Bakı |
3 |
0 |
1 |
2 |
2-5 |
1 |
Bombardir: Mikel Alvaro (İnter) - 4