“Böyük oyun”da itirilənlər
10.04.2015 - 13:13
“Böyük oyun”da itirilənlər

Topaz Premyer Liqasının XXIX turu 7 futbolçunun cəzalanmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, “Böyük oyun” daha çox itki ilə nəticələnib.

 

Belə ki, “Xəzər Lənkəran”la “Neftçi arasında qarşılaşma 4 futbolçunun cəzalı duruma salıb. Hər iki komanda kapitanını da itirib.

 

Rahid Əmirquliyev “Xəzər Lənkəran”ın, Flavinyo isə “Neftçi”nin heyətində 8-ci sarı vərəqəsini alıb. Onların hər ikisi növbəti çempionat matçını buraxacaq.

 

Cənublular daha iki oyunçusunu itirib. Alfred Sanko qırmızı vərəqə üzündən, Elşən Rzazadə mövsümdə 4-cü xəbərdarlığı aldığından növbəti qarşılaşmada oynaya bilməyəcək.

 

“Qəbələ” – “Simurq” oyununda göstərilən sarı vərəqələrdən ikisi futbolçunun qarşısında “qırmızı işıq” yandırıb. Ekiqo Ehiosun “Qəbələ”, Vüqar Mustafayev “Simurq”un heyətində 4-cü dəfə xəbərdarlıq alıb. AZAL-ın əsas qol silahı Freddi Mombonqo da eyni durumla üzləşib.

 

Qeyd edək ki, növbəti turun oyunları aprelin 17-də keçiriləcək. Həmin gün futbolçusu cəzalanan klublardan “Neftçi” “Qəbələ”, “Simurq” “Qarabağ”, AZAL “Sumqayıt”la qarşılaşacaq.