“Xəzər Lənkəran” – “Neftçi” arasında keçiriləcək “Böyük oyun” “Dalğa Arena”da baş tutacaq. Bu barədə apasport.az saytına məlumatı cənubluların mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu verib.
Klub rəsmisi həmçinin bildirib ki, qarşılaşma saat 17:00-da start götürəcək: “Artıq danışıqlar yekunlaşıb. Mərdəkandakı stadionda üz-üzə gələcəyik. Qarşılaşma saat 17:00-da başlayacaq. Stadionun uzaq olmasını nəzərə alıb Bakıda yaşayan azarkeşlərimiz üçün avtobuslar da ayıracağıq ki, onlar gəlib rahat oyuna baxa bilsinlər. Avtobusların oyunu günü haradan yola düşəcəyi ilə bağlı isə yaxın günlərdə məlumat verəcəyik. Yəni bəlli bir yer müəyyənləşdirəcəyik və azarkeşlərimiz ordan avtobuslarla “Dalğa Arena”ya yollana biləcəklər”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı