“Braziliyalılar uduzmağı öyrənməlidi”
18.06.2015 - 20:13
“Braziliyalılar uduzmağı öyrənməlidi”

Amerika Kuboku çərçivəsində keçirilən matçda Braziliya üzərində minimal hesablı qələbə qazanan Kolumbiyanın hücumçusu Karlos Bakka oyundan sonra yaşanmış instidentlə bağlı fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, hər iki komandanın qələbəni çox istədiyini qeyd edən hücumçu özlərinin daha diqqətli olduqlarını və yekunda qələbə qazandıqlarını deyib:

 

“Düşünürəm ki, oyundan sonra yaşananlar artıq hərəkətlər idi. Görünür Neymar qələbəyə köklənmişdi və başqa nəticə onu qane etmədi. Ancaq braziliyalılar uduzmağı da öyrənməlidilər”.

 

Xatırladaq ki, sözügedən oyundan sonra hər iki komandanın futbolçuları arasında kütləvi dava düşüb, həmin qalmaqalın nəticəsində isə Braziliya millisinin hücumçusu Neymar 2 oyunluq cəzalandırılıb.