“Qarşımızda yaxşı bir komanda var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Beşiktaş”ın baş məşqçisi Slaven Biliç deyib.
Xorvatiyalı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyun çərçivəsində səfərdə “Brugge” ilə matçöncəsi mətbuat konfransında fikrlərini bildirib: “Oteldə futbolçularla birlikdə rəqibi analiz etdik. “Brugge”nin oyunlarını yaxından izlədik. Belçikalılar ölkə çempionatında lider və kubokda finalçıdı. Onlar Avrupa Liqasında heç bir görüşdə məğlub olmayıblar. Biz çətin matçlarda yaxşı oyun göstərdik. “Brugge” kağız üzərində “Arsenal” və “Liverpul” deyil. Amma şanslarımız 50-50-yədi”.