“Bu, təkcə “Barselona”ya yox, bütün Kataloniyaya qarşı hücumdur”
16.05.2015 - 00:25
“Bu, təkcə “Barselona”ya yox, bütün Kataloniyaya qarşı hücumdur”

“Barselona”nın vitse-prezindenti Xordi Kardoner “Neymar işi” ilə bağlı fikirlərini bölüşüb. Apasport.az saytının İspaniyanın “AS” nəşrinə istinadən məlumatına görə, klub funksioneri məhkəmənin onlara təzyiqini siyasi səbəblərlə əlaqələndirib:

 

“Bu, təkcə “Barselona”ya yox, bütün Kataloniyaya qarşı hücumdur. Çünki klub “katalonizm”in (Kataloniya xalq hərəkatı – red.) rəmzi hesab olunur”.

 

Xatırladaq ki, ispan məhkəməsi “Barselona” rəhbərliyinə Neymar transferi zamanı ödənməmiş vergi borclarını aydınlaşdırmaq üçün 10 gün vaxt vermişdi.

 

Katalonların keçmiş prezidenti Sandro Rossel və hazırkı başqan Xosep Bartomeu 2011-2014-cü illər ərzində 13 milyon avro miqdarında vergi ödəməməkdə ittiham olunurlar.