“Bu komandanın Premyer Liqada qalmasını çox istəyirəm”
09.05.2015 - 10:52
“Bu komandanın Premyer Liqada qalmasını çox istəyirəm”

“Azərbaycanda yaxşı çıxış edən komandalar var. İnfrastruktura və maddi baza da pis deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Qədirov deyib.

 

Ölkəmizdə bir neçə klubun baş məşqçisi olmuş çalışdırıcı Rusiyanın “Arsenal” klubunun rəsmi saytına müsahibə verib. Vaxtilə Tula təmsilçisinin heyətində çıxış edən həmyerlimiz Premyer Liqada çıxış edən klubun saytındakı “Sabiq “Arsenal”lılar rubrikasının qonağı olub: “Rusiya çempionatını izləyirəm. Xoşuma gəlir. Çünki burada komanda çoxdu. Bu da həm Premyer Liqa, həm aşağı dəstədə intriqanın olmasına səbəb olur. “Arsenal”ın Premyer Liqada qalmasını çox istəyirəm. Düşünürəm ki, Tula təmsilçisi bunun öhdəsindən gələcək. Oyunçular başa düşməlidi ki, tulalı azarkeş böyük futboldan kənar qalmamalıdı. Mən onların komandanı necə dəstəklədiyini öz gözümlə görmüşəm. Ən yaxşı illərim Tulada keçib. Şəhər xoşuma gəlir. Orada qalmaq istəyirdim. Təəssüf ki, hər şey məndən asılı deyil.  Məşqçi karyeram pis olmayıb. Həm güclülər dəstəsi, həm 1-ci divizionda işləmişəm. Milli və klubdakı iş arasında fərq var. Hazırda yığmaya yeni təyinatı gözləyirəm”.

 

Qeyd edək ki, Qədirov 25 oyunda 9 qol vurduğu “Arsenal”ın tarixinə klubdan öz ölkəsinin millisinə çağırılan ilk futbolçu kimi düşüb.