“Buna ehtiyacımız var idi”
16.03.2014 - 20:17
“Buna ehtiyacımız var idi”

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli qalib gəldikləri üçün şad olduqlarını bildirib. Apasport.az saytının məlumatına görə, o, bunu “Sumqayıt”la oyundan sonra deyib: “Bir neçə oyundur ki, heç-heçə edirik. Qalib gəldiyimiz üçün şadıq, buna ehtiyacımız var idi. Qarşıdakı 10 turdan sonra haraya kimi gedə biləcəyimiz daha dəqiq görünəcək. Bizim üçün həm kubok, həm də Premyer Liqa vacibdir”.