“Bundan istifadə edib, Bakıdan 3 xalla dönə bilərik”
15.11.2014 - 17:18
“Bundan istifadə edib, Bakıdan 3 xalla dönə bilərik”

“Azərbaycana qarşı oynamaq maraqlı olacaq. Norveç millisi AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmaq istəyirsə, sabah mütləq 3 xal qazanmalıdı”. Apasport.az xəbər verir ki, bu sözləri Norveç millisinin yarımmüdafiəçisi Mats Möller Deli deyib.

 

Skandinaviyalıların gənc futbolçusu AVRO-2016-nın seçmə mərhələsində millimizə qarşı keçirəcəkləri oyundan danışıb. O bildirib ki, rəqibin qrup mərhələsində uğursuz çıxışı onlar üçün üstünlük sayıla bilər: “Azərbaycan yığması seçmə mərhələyə çox pis başlayıb. 3 oyuna 0 xal. Burdan da belə qənaətə gəlmək olar ki, onların əhval-ruhiyyəsi heç də yaxşı deyil. Amma bizim artıq 6 xalımız var və iddialıyıq. Deməli, üstünlük bizim tərəfdədi. Bundan istifadə edib, Bakıdan 3 xalla dönə bilərik. Bolqarıstanla qarşılaşmada əla oynamışdıq. Həmin oyunumuzu sabah da sərgiləməliyik”.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Norveç matçı saat 21:00-da başlayacaq.