“İsveçlə qarşılaşma göstərdi ki, biz futbolçuları daha gərgin matçlara kökləyə bilərik. Təbii ki, oyun panında müəyyən dəyişikliklər edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
Təcrübəli mütəxəssis İsveçlə baş tutan yoldaşlıq matçından sonra deyib. O, qarşılaşmada izlədiyi müsbət məqamların Azərbaycanla iyunun 12-də keçiriləcək AVRO-2016-nın seçmə oyunu öncəsi sevindirici olduğunu bildirib: “Bu qarşılaşmada bir çox müsbət məqamlar diqqət çəkdi. Həmin məqamlar Azərbaycanla qarşılaşma öncəsi vacib idi. Seçmə mərhələnin qarşıdakı hissəsində də bunlar bizim işimizə yarayacaq”.
Qeyd edək ki, Norveç – İsveç oyunu 0:0 hesabı ilə başa çatıb.