“Çelsi” “Mançester Siti” ilə mübarizəyə hazırlaşır
24.06.2015 - 00:54
“Çelsi” Rahim Sterlinqi heyətinə qatmaq üçün “Mançester Siti” ilə rəqabətə girməyə hazırlaşır. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, londonlular artıq “Liverpul”a ilk təklifi etməyə hazırlaşırlar.
Joze Mourinyonun da komandasında görmək istədiyi gənc futbolçu üçün “zadəganlar” ilkin olaraq 40 milyon funt-sterlinq təklif edəcək. Daha sonra təklifin artacağı istisna edilmir.
Qeyd edək ki, “Mançester Siti” də Sterlinq üçün “Liverpul”a 40 milyon təklif etmişdi, ancaq mersisaydlılar bu təklifdən imtina etmişdilər.
0
0