“Çelsi” “Mançester Yunayted”in ulduz futbolçusunu istəyir
16.03.2015 - 18:36
“Mançester Yunayted”in hücumçusu Radamel Falkao gələn mövsüm də karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, hazırda “mankunianlar”da icarə əsasında çıxış edən kolumbiyalı forvard “Çelsi”yə keçə bilər.
“Mançester Yunayted” rəhbərliyi müqavilə ilə “Monako”ya məxsus olan Falkaonun çıxışından məmnun deyil və onu birdəfəlik transfer etmək fikrindən uzaqdı. Əvəzində “Çelsi” fransızlara bu keçid üçün artıq təklif göndərib.
Qeyd edək ki, Falkaonun transfer qiyməti 59 milyon avro dəyərindədi.
0
0