“Çelsi” “Yuventus”a müraciət etdi
30.12.2015 - 17:15
“Çelsi” “Yuventus”a müraciət etdi

“Yuventus”un fransalı yarımmüdafiəçisi Pol Poqba “Çelsi”dən təklif alıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” qarşı tərəfə artıq rəsmi müraciət ediblər.

 

London klubu DÇ-2014-ün ən yaxşı gənc futbolçusunu qış “transfer pəncərəsi”ndə heyətinə qatmaq niyyətindədi. Lakin bu keçidin baş tutması üçün “qoca sinyora” razılıq verməlidi.

 

Qeyd edək ki, Fransa yığmasının da üzvü olan Poqba 2012-ci ildən “Yuventus”un formasını geyinir.