“Çelsi” braziliyalı oyunçu transfer etdi
14.05.2015 - 21:04
“Çelsi” braziliyalı oyunçu transfer etdi

Londonun “Çelsi” klubu Braziliya təmsilçisi “Atletiko Paranaense” ilə futbolçu Natanın keçidi ilə bağlı danışıqları yekunlaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 19 yaşlı braziliyalı artıq tibbi komissiyadan da uğurla keçib.

 

Gənc futbolçu iyulun 1-dən etibarən “mavilər”in oyunçusu olacaq.