“Çelsi” Fransa çempionatının bombardirini istəyir
02.05.2015 - 12:41
“Çelsi” Fransa çempionatının bombardirini istəyir

İngiltərə Premyer Liqasında çempionluğa çox yaxın olan “Çelsi” yay fasiləsində hücum xəttini gücləndirəcək. Apasport.az saytının məlumatına görə, “zadəganlar” “Lion”un forvardı Aleksandr Lakazettə “elçi düşüb”.

 

London təmsilçisi bu keçid üçün artıq fransızlarla danışığa başlayıb. “Çelsi” Lakazettə görə, qarşı tərəfə 15 milyon funt-sterlinq və hücumçusu Loik Remini təklif edib.

 

Qeyd edək ki, Aleksandr Lakazett hazırda 26 qolla Fransa Liqa 1-nə bombardirlik edir.