“Çelsi” Türkiyə millisinin oyunçusunu istəyir
13.03.2014 - 01:05
“Fənərbaxça”nın və Türkiyə millisinin futbolçusu Caner Erkinin adı “Çelsi”nin baş məşqçisi Joze Mourinyunun transfer siyahısına düşüb. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı “Bayer”, “Liverpul” kimi nəhənglərin maraqlandığı Canerin “Çelsi”yə gedə biləcəyini qeyd edib.
Məlumatda bildirilir ki, Mourinyu çoxdandır Eşli Koulun yerində oynaya biləcək futbolçu axtarır. Bu səbəbdən də mövsümün sonunda “Fənərbaxça” ilə müqaviləsi sona çatan Caner Erkin onun siyahısına düşüb.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0