“Çelsi” və “Liverpul” sensasiyaya imkan vermədi
29.10.2014 - 02:12
“Çelsi” və “Liverpul” sensasiyaya imkan vermədi

İngiltərə Liqa kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət qarşılaşmaların ilk matç günündə 5 matç keçirilib.

 

“Çelsi” səfərdə “Şreusburi”yə və “Liverpul”  “Suonsi”yə qalib gələrək növbəti mərhələyə keçib. Hər iki matç eyni hesabla başa çatıb – 2:1.

 

Qeyd edək ki, İngiltərə Liqa kubokunda 1/8 final mərhələsinin digər oyunları bu gün keçirləcək.

 

 İngiltərə Liqa kuboku

1/8 final

28 oktyabr

“Baurnemout” – “Vest Bromviç” – 2:1

“Milton Keynes” – “Şeffild Yunayted” – 1:2

“Şreusburi” – “Çelsi” – 1:2

“Fulhem” – “Derbi” – 2:5

“Liverpul” – “Suonsi” – 2:1