“Çelsi”də 19 yaşlı braziliyalı
27.06.2015 - 18:39
Londonun “Çelsi” klubu heyətini gücləndirib. Apasport.az saytının Braziliyanın “O Globo” nəşrinə istinadən məlumatına görə, “mavilər” “Fluminense”nin hücumçusu Robert Kenedinin keçidini həll edib.
“Zadəganlar” 19 yaşlı futbolçu üçün 9 milyon avro ödəyiblər.
Qeyd edək ki, gənc hücumçu 2013-cü ildən “Fluminense”nin şərəfini qoruyur. Bu müddətdə o, komandası ilə 40 matçda meydana çıxıb və 5 qola imza atıb.
0
0