“Çelsi”də 4 illik müqavilə
14.06.2015 - 13:54
“Çelsi”də 4 illik müqavilə

“Çelsi”nin baş məşqçisi Joze Mourinyonun gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, “Mançester Siti” və PSJ-nin gündəmində olan portuqaliyalı mütəxəssis London klubunda qalmaq qərarına gəlib.

 

“Zadəganlar”ın bossu Roman Abramoviçlə görüşən Mourinyo ardından klubu ilə yeni 4 illik müqaviləyə qol çəkib. 52 yaşlı mütəxəssisin məvacibi də artırılıb. Bundan sonra onun illik maaşı vergi istisna olmaqla, 7,2 milyon funt-sterlinq olacaq. Mourinyo ilə birlikdə onun köməkçiləri də yeni 4 illik sazişə qol çəkiblər.

 

Qeyd edək ki, Mourinyolu “Çelsi” 2014/15 mövsümündə Premyer Liqa çempionu olub.