“Çelsi”dən ardıcıl ikinci titul
19.04.2016 - 09:07
“Çelsi”dən ardıcıl ikinci titul

UEFA Gənclər Liqasının qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, U-19 komandaları arasında keçirilən qitə miqyaslı klub turnirində İngiltərənin “Çelsi” klubu qələbə qazanıb.

 

London təmsilçisi finalda Fransanın PSJ klubunu məğlub edib – 2:1. İsveçrənin Nyon şəhərindəki görüşdə İngiltərə klubunun qollarını Tomori və Palmer vurublar. Parislilərin heyətində isə Meyte qol sevinci yaşayıb.

 

Bu, “Çelsi”nin turnirdə ardıcıl 2-ci tituludu. Paytaxt təmsilçisi ötən il finalda “Şaxtyor”u (Ukrayna) məğlub etmişdi – 3:2. 2013/14 mövsümündən təşkil olunan yarışın ilk qalibi isə Portuqaliya “Benfika”sını 3 cavabsız qolla keçən “Barselona” (İspaniya) olub.

 

Qeyd edək ki, cari mövsüm ilk Azərbaycan klubunun UEFA Gənclər Liqasında debütü ilə əlamətdar olub. Bakının “Rəvan” klubunun U-19 komandası “Çempionlar yolu”nun I mərhələsində Rusiya “Spartak”ına uduzub – 0:4, 0:0.

 

0